Bakıda özəl xəstəxanada faciəvi hadisə baş verdi
Azərforum “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakıda xəstəxanada qadın qəfil vəfat edib.
hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.
Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.