RU

Xorvatiyanın Bakıdakı "Böyük Dəbilqə" üçün heyəti

Xorvatiyanın cüdo yığması fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, komandada dörd idmançı yer alıb.

Onların arasında dünya çempionatının ikiqat gümüş mükafatçısı Lara Tsvjetkonu (70 kq) qeyd etmək olar. O, Bakıda bir dəfə fəxri kürsüyə qalxıb: 2021-ci ildə "Böyük Dəbilqə"nin finalına çıxıb.

Turnirdə həmçinin Robert Klaçar (73 kq), Viktoriya Puljis (57 kq) və Yelena Vukoviç (+78 kq) iştirak edəcək.

İdman.biz

Избранный
3
idman.biz

1Источники