RU

Bakı Limanı Orta Dəhlizin önəmli ötürücüsüdür

2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm hissəsi olan Bakı Limanında 7,6 milyon ton yük aşırılıb  ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur. İl ərzində konteyner daşınmasında 73 faizdən çox, ümumi yükaşırma həcmində 3 faizdən çox, təkərli texnikanın daşınmasında isə 7 faiz dən çox artım qeydə alınıb. 
Limandan XQ-yə verilən məlumata görə, ötən il ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Belə ki, hesabat dövründə Bakı Limanında 76 min 775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə xeyli çoxdur. 2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texinakaların sayı isə 58 min 169 ədəd olub ki, bu da əvvəlki illə müqayisədə 7,2 faizlik artım deməkdir. Bununla yanaşı, ötən il limanda 1 milyon 44 min tondan çox quru yük aşırılıb.  Hesabat dövründə vaqon sayı isə 37 min 515 ədəddən çox olub. Bu göstəricilər də əvvəlki illə müqayisədə liman təsərrüfatında baş vermiş artımdan xəbər verir.
İl ərzində ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi və ya 70 faizi tranzit yüklərin payına düşür. Bu da üçüncü ölkələrin ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir.

Избранный
1
6
xalqqazeti.az

10Источники