RU

"Bədənin zövq aldığı hər şeydən ruh narahat olur" - Əminədən KƏSKİN AÇIQLAMA

Əminə Şirin həmkadrı Səidə Sultanı tənqid atəşinə tutub.

Titul.az xəbər verir ki, buna səbəb Səidənin 106,3 radiosunun "ilin mahnısı" naminasiyasında qalib olaraq Hİssin "The best" ifasını seçdiyi üçün Səidənin ciddi tənqidinə məruz qalmasıdır. 

Əminə həmkarının bu iradını əsassız, yersiz adlandırıb:

"Hiss də ölkəmizin qızıdır da, o da seçilib. Yaxşı, səni seçək. Nəyi seçək? "Əydi qəddimi"ni seçək? Nə ölçüsü var, nə qafiyəsi var. Biabırçılıqdır. Sən müğənnisənsə, sənin işin 5-50-yə düşür, söz də sənin boynuna düşür, sözün də haqqını vermək lazımdır axı. 

Sənin ifa etdiklərin nədir?! Sənin özün gərək elə bir nümunəvi bir şey qoyasan ortalığa, sənin haqqın çata ki, niyə filankəsi seçdiniz, filankəsi seçmədiniz. 

Mən heç insanların cibin də sayməram ki, mən nə oxuyum ki, məni məclislərinə çağırsınlar. Bunların işi-gücü bundan ibarətdir, ona görə özləri narahat adamlardır, ruhları narahatdır. Çünki bədənlərinə zövq verməyi o qədər üstün tuturlar ki, ruhları narahat olur. Bədənin zövq aldığı hər şeydən ruh narahat olur".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
4
titul.az

1Источники