RU

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.

Gundem.az  xəbər verir ki, bu sözləri Axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:

 

“Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir”.

Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.

Избранный
4
19
gundem.az

10Источники