RU

Amad Diallo Sulşer və Runinin uğurunu təkrarladı

İngiltərə Premyer Liqasının 21-ci turunun “Sauthempton”la ev oyunu “Mançester Yunayted”in futbolçusu Amad Diallo üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, gənc futbolçu Mançester klubunun sabiq oyunçuları Ule-Qunnar Sulşer və Ueyn Runinin İngiltərə Premyer Liqasındakı rekordunu təkrarlayıb.

“Squawka” nəşrinin yazdığına görə, 22 yaşlı hücumçu buna “Sauthempton”a 3:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub. O, bu oyunda 3 cavabsız qola imza atmaqla komandasına əzmkar qələbə qazandırıb. Nəticədə forvard Premyer Liqa tarixində bir qarşılaşmanın son 10 dəqiqəsində 3 və daha çox qol vuran üçüncü oyunçu olub.

Xatırladaq ki, Sulşer 1999-cu, Runi isə 2010-cu ildə bunu bacarıb.

Amad Diallo İtaliyanın “Atalanta” klubunun yetirməsidir. “Qırmızı şeytanlar” onu 2021-ci ilin yanvarında “Atalanta”dan 21,3 milyon avroya transfer ediblər. 22 yaşlı futbolçunun İngiltərə nəhəngi ilə 2030-cu ilin 30 iyununa kimi müqaviləsi var.

Diallo cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində 30 oyuna çıxıb, 9 qol və 7 assistlik performans nümayiş etdirib. Amad Mançester klubunun əsas komandasında bütövlükdə 51 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.

Amad Diallo daha öncə “Sanderlend” və “Reyncers” kimi klublarda icarədə də olub.

Diallo 2021-ci ilin mart ayında debüt etdiyi Kot-d’İvuar yığma komandasının heyətində 6 oyuna çıxıb və 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Избранный
4
arena.az

1Источники