RU

Çimnazın atası: Öz ayağı ilə həkimə getdi, onu o vəziyyətə saldılar ki, ayaqları tutuldu - VİDEO

"Öz ayağı ilə həkimə getdi, onu o vəziyyətə saldılar ki, ayaqları tutuldu, təzyiqi qalxdı". Bu sözləri Xəzər TV-də yayımlanan "Xəzər axşamı" verilişinə müsahibəsində mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov deyib. 


 
Ata mərhum qızı haqda danışıb: 


 
"Sentyabrda anası rəhmətə gedəndə ağlaya bilmirdi, stress keçitmişdi. 40 mərasiminə bir həftə qalmış halı pisləşdi. Mənə zəng elədi ki, ata, mən ölürəm, gəl məni həkimə apar. Mədə bağırsaq keçməzliyi yaranmışdı. Evdə müalicə etdik, yaxşılaşmışdı. Artıq durub gəzirdi. Sonra dedi ki, həkim deyib depozit qoyun, əməliyyat edək, biz də pulu köçürtdük. Əməliyyatı 7 saat çəkdi. Bir gün sonra xəstəxanadan məni çağırdılar ki, vəziyyəti ağırlaşıb, gəlin.


 
Atası Çimnaz Sultanovanın arzuları haqda da danışıb: 

 

"Onun çox arzuları var idi. Qohum sevən, dost sevən biri idi. Yoldaşım rəhmətə gedəndən sonra dedi ki, ata, mən səninlə yaşayacam, Əmircana gəldi. Öz ayağı ilə həkimə getdi, onu o vəziyyətə saldılar ki, ayaqları tutuldu, təzyiqi yox idi, təzyiq yarandı. Həkim dedi ki, biz onu ölümdən xilas elədik. Amma ölüm halına elə onlar saldılar".


Tarix: 17 Yanvar 2025, 12:59   
Избранный
5915
pravda.az

1Источники