RU

Səbuhi Məmmədlinin vəfat etməsinin 1-ci ildönümüdür

Bu gün tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfat etməsinin 1-ci ildönümüdür.

“Cebheinfo.az”-ın məlumatına görə, mərhum jurnalist 17 yanvar 2024-cü il tarixində 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. 

O, 1990-cı illərdən mətbuata gəlmişdi. Jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.

Səbuhi Məmmədli son 10 ildə "Lent.az" saytında çalışıb.

Mərhum doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

“Cebheinfo.az”

Избранный
16
2
cebheinfo.az

3Источники