RU

Ermənistan hakimiyyəti orduda qadınların sayını artırmaq niyyətindədir

Tbilisi, 17 yanvar, AZƏRTAC

Qadınların hərbi xidmətə cəlb edilməsi prosesi son dərəcə ləng gedir. Bu prosesi bir qədər sürətləndirmək və orduda qadınların sayını artırmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin iclasında bildirib.

“Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, ölkəmizin inkişaf yolunu bağlayacağıq” – deyə, Paşinyan bildirib.

Müdafiə naziri Suren Papikyan isə deyib ki, qadınların orduya cəlb olunmasında problemlər var. Hər dəfə hərbi xidmətə çağırış zamanı ən azı iki qadın orduya könüllü gedir və onların əksəriyyəti xidmətini davam etdirir.

Paşinyan isə bildirib ki, bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq. Bəli, stereotiplərlə bağlı problemimiz var. Bu istiqamətdə hərəkət etmək üçün bizə sərt addımlar atmaq lazımdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
3
5
azertag.az

6Источники