RU

Tramp başa düşməlidir ki, Tehran zəifləmiş durumda belə... - ABŞ rəsmisindən AÇIQLAMA

Ağ evə daxil olmağa hazırlaşan Donald Tramp başa düşməlidir ki, Tehran hətta zəifləmiş vəziyyətdə belə, hələ də təhlükəlidir. Bu fikirləri Amerika Xarici Siyasət Şurasının böyük elmi işçisi Lourens C. Haas səsləndirib.

Müəllifin sözlərinə görə, “İranın geosiyasi uğursuzluqlarla üzləşdiyi bir vaxtda Tramp tezliklə İranı daha da zəiflətmək üçün Tehrana təzyiqi artırmaq, yoxsa nüvə və digər məsələlərdə razılaşma əldə etmək üçün onun zəif tərəflərindən istifadə etmək kimi bir qərarla qarşılaşacaq.

“İndiki məqamda İrana maksimum təzyiq üçün maliyyə məhdudiyyətləri kampaniyasına yenidən start verilməli, həmfikir ölkələr dəniz gəmiçiliyinin müdafiəsindən ötrü husilərə qarşı daha aqressiv addımlar üçün bir araya gətirilməli və husilərin dağıdıcı davranışına görə məsuliyyət Tehranın üzərinə qoyulmalıdır”, - deyə, yazıda qeyd olunub.

Ülviyyə, Hurriyyet.az

Избранный
4
hurriyyet.az

1Источники