RU

Gürcüstan Ermənistan və Azərbaycana üçtərəfli əməkdaşlıq təklif edir

Gürcüstan tərəflərə (Ermənistan və Azərbaycan) Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının açılışında deyib.
 
 "Əminəm ki, birgə səylərlə biz bütün çətinliklərin öhdəsindən gələcəyik, eyni zamanda, daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın təşviqində səmimi maraqlıyıq. "Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir", - Gürcüstanın baş naziri bildirib.
 
Hazırda Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda rəsmi səfərdədir. Onun ölkə prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. 

Aytac 
www.anews.az
Избранный
12
anews.az

1Источники