RU

Metroda bədbəxt hadisələrin qarşısı necə alına bilər? - AÇIQLAMA

2024-cü ilin statistikasına görə, “Bakı Metropoliteni”ndə 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb. Həmçinin qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb. Onlardan 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.

Bəs bucür bədbəxt hadisələrdən necə qorunmaq olar?

Gundem.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov Metbuat.az-a bildirib ki, Bakı metrosunun tunel və relslərinin əksəriyyəti Sovet dövründə inşa edilib. Ona görə də stansiyaların həndəsi ölçüləri və dayaqların ümumi ölçüsü sərnişin axını istiqamətlənməsini yüksək səviyyədə təmin edə bilmir. Misal üçün, “28 May”, “İçərişəhər”, “Sahil” stansiyalarının sərnişin tutumu ilə “Koroğlu” metrosunun, yaxud “Ulduz” metro stansiyasının platformasının sərnişin tutumu eyni deyil. O cümlədən qatarların 5 vaqondan ibarət olması da sərnişindaşımada əlavə gərginlik yarada bilir. Bu səbəbdən də sıxlığı daha yüksək olan “İçərişəhər”, “Sahil”, “28 May”, “Koroğlu, “20 Yanvar” və digər stansiyalarda innovativ istifadə qaydalarına uyğun olaraq şüşə çəpərləmə sistemlərini tətbiq etmək olmur. Bu cür şüşə arakəsmələr qatar platformada dayandıqdan sonra açılır və sərnişinlər təhlükəsiz şəkildə hərəkət edə bilirlər”.

Ekspertin sözlərinə görə, metrostansiyalarda təhlükəsizliyi təmin etməkdən ötrü siqnalizasiya sistemindən də istifadə oluna bilər:

“Müəyyən işıq və ya səs siqnalizasiyaları ola bilər ki, sərnişinləri istiqamətləndirsin. Bu işi hazırda metroda platformanı tənzimləyən və metronu istiqamətləndirən əməkdaş səsucaldıcı vasitəsilə yerinə yetirir. Ancaq daha effektiv həll üsulu metro tuneldən yaxınlaşan zaman həmin siqnal sisteminin işə dümnəsi olar və sərnişin də bilər ki, platformanın təhlükəsizlik xəttini keçir”.

Избранный
8
1
gundem.az

2Источники