“Rusiya Böyük Britaniya və Ukrayna arasında yüz illik tərəfdaşlıq sazişi çərçivəsində Britaniyanın hərbi infrastrukturunun öz sərhədlərinə qədər irəliləməsindən narahatdır”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Britaniya NATO ölkəsidir, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi, şübhəsiz ki, kifayət qədər narahatedici elementdir”, - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ötən gün Kiyevdə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Ukrayna prezidenti Volodimir Zelenski iki ölkə arasında yüz illik tərəfdaşlıq sazişi imzalayıb.
Daşqın HəsənovMissiya.Az