RU

Navalnının vəkillərinə bu qədər cəza verildi

Rusiyanın Vladimir vilayətinin Petuşinski məhkəməsi Aleksey Navalnının icmasında iştirakda ittiham olunan vəkilləri Vadim Kobzev, Aleksey Lipser və İqor Serqunini 3,5 ildən 5,5 ilədək müddətə azadlıqdan məhrum edib.

Publika.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

“Lipser 5 il, Kobzev 5,5 il, Serqunin 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar ümumi rejimli koloniyada cəza çəkəcəklər”, - məhkəmə nümayəndəsi bildirib.

Məhkəmə həmçinin onlara üç il müddətinə vəkillik fəaliyyətini qadağan edib.

Xatırladaq ki, Navalnının üç vəkilinə qarşı iş iyunda məhkəmənin icraatına verilib. Onlar 2023-cü ilin oktyabrında saxlanılıblar.

Избранный
2
publika.az

1Источники