HƏMAS Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı İsraillə bütün fikir ayrılıqlarının həll olunduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.
Hərəkat tezliklə İsrailin razılaşmanın birinci mərhələsində azad etməyə razı olduğu fələstinli məhbusların siyahısını dərc etməyi planlaşdırır.