"Mançester Siti" komandanın bombardiri Erlinq Haaland ilə yeni uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər arasında 2034-cü ilin ortalarına qədər olan yeni müqavilə bağlanıb.
Qeyd edək ki, norveçli futbolçunun hazırkı transfer dəyəri 200 milyon avro qiymətləndirilir.
Onun İngiltərə çempionu ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatacaqdı.
Erlinq bu mövsüm 28 matçda iştirak edib. Hücumçu 21 qola imza atıb.