RU

“Qadının borcudur ailənin başçısına itaət və hörmət etsin” - MÜĞƏNNİ DANIŞDI

“Ailə müqəddəsdir, amma ailənin başçısına dəyər verildiyi və hörmət qoyulduğu halda”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Hər zaman demişəm ailənin başçısı məcazi formada evin "ALLAHIDIR". Ailə kiçik dövlətdir, başçısı "dövləti" düzgün idarə etdiyi halda, qərarları haqlı verdiyi halda.

Qadının borcudur ailənin başçısına itaət və hörmət etsin. Əks halda, o ailədə ruzi bərəkət və mehribançılıq olmaz. İslam dinində də haqlar ailənin başçısına verilib.

"Kişinin qadın tərəfindən şiddət görməsi" cümləsini mən dərk edə bilmirəm. Kişi adı onun üzərindədir. Kişi kimidə ailəni ağılla idarə etməlidir.

Bəli "qadın" hər an kişini alçalda, rüsvay edə bilər. Bu da o qadının ailə qurana qədər yaşadığı, böyüdüyü ailədə tərbiyənin necə almağından irəli gəlir. Kişi ailə quranda "bağça müəlliməsi" vəzifəsini daşımır.

Qaynanam 52 il müəllimə işləyib. Hər zaman deyərdi “90 cı-ildən sonra dünyaya gələnlərin 80 faizi cəmiyyət üçün yararsızdır". Bəli çox doğru deyib.

Ailəni qoruyub saxlamaq vəzifəsi evin xanımının üzərinə düşür. Evin xanımı ağıllı və müdrik olarsa, o ailəni dağıtmaq və o ailəyə müdaxilə etmək mümkün deyil. Allah qeyrətli xanımları, namuslu kişiləri öz pənahında saxlasın”.

Ayşən Vəli

Избранный
8
sia.az

1Источники