Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.
“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.
Hadisə baş verən vaxt G.Məmmədovun evdə tək olduğu bildirilib.
Məlumata görə, həkim Bakıdan ezamiyyətə yola düşüb, bir gün Şamaxıdakı bağında qalıb, oradan Gəncəyə getməyi planlaşdırırmış.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-ü Şamaxının Çuxuryurd kəndində baş verib.
İlkin araşdırmalar zamanı dəm qazından boğulma versiyası təsdiqini tapmayıb.