RU

300-dək alim əlaqə təqaüd alacaq

2025-ci il ölkədə 300-dək alim mükafatlandırılacaq. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. 

"Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan "Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm "Scopus”, həm də "Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcək. Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaq", - məlumatda deyilir. 
 
Agentlik bundan əvvəl açıqlayıb ki, elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir. 
 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
 
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur. 
 
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.
 
Bundan əvvəl nazir Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkədə olan şərtlərə görə xaricdə fəaliyyət göstərən alimlər Azərbaycana gəlməkdən imtina edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Избранный
4
anews.az

1Источники