RU

Şuşa Bəyannaməsinin ABŞ-Ermənistan sənədindən ƏSAS fərqi – Tələdəki “pendir” haqda

ABŞ-Ermənistan strateji əməkdaşlıq xartiyası İrəvandakı Qərbə bağlı radikal-revanşistlərin başını deyəsən əməllicə gicəlləndirib. O dərəcədə ki, hələ də eyforiyadan çıxa bilmirlər. Hərçənd ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) sənədi “kağız parçası” adlandırıb.

Zavallılar heç cür anlamaq istəmir ki, əl boyda ölkəni xarici hərbi və casus birləşmələri ilə doldurmaq onun müstəqilliyini və suverenliyini əsla artırmır, əksinə, azaldır. Təhlükəsizliyi gücləndirmir, zəiflədir. İllah da bu qüvvələr əsas qonşulara qarşı alət kimi nəzərdə tutulubsa...

Ermənistan üçün başqa, daha acı gerçəklik budur ki, lap yadplanetlilərlə strateji tərəfdaşlıq sazişi imzalasalar belə, aşağıdakı reallıq dəyişməyəcək: Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmadan bu cırtdan və “dalan” ölkənin gələcəyi yoxdur və olmayacaq, erməni xalqı təhlükəsiz və rifah içində yaşaya bilməyəcək. “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyiblər.

Odur ki, arada hayların eyforiyadan çıxıb xəritəyə baxması lazımdır. Ukrayna yenə NATO və Avropa Birliyi (AB) ölkələri ilə birbaşa və quru sərhədə malikdir. Bəs Ermənistanın qonşuları kimdir, unutdularmı?..

BLİNKEN

Tutaq ki, ABŞ, AB bəd məqsədlə İrəvana hərbi kömək göstərmək istədi. Bunu hansı ölkənin ərazisi və ya hava məkanından istifadə eləməklə həyata keçirəcəklər? Azərbaycan, Türkiyə, Gürcüstan, lap elə İran buna icazə verərmi? Hələ Rusiya amilini demirik.

O səbəbə İrəvan nə qədər tez bu bəsit həqiqətləri ciddiyə alıb düzgün tarix seçim etsə, ən birinci özünə, öz xalqına yaxşılıq eləmiş olar. Çünki “yüz mamaça da olsa, güc doğana düşür”...

ABŞ-Ermənistan strateji əməkdaşlıq xartiyasına gəlincə, artıq bəllidir ki, bu, daha çox niyyət xarakterli sənəddir, nəinki qaçılmaz öhdəlikləri ehtiva edən yazılı anlaşma. Ona yeni prezident Donald Tramp əməl edə də bilər, tüpürə də.

Doğru, yeni dövlət katibi olmağa əsas namizəd Marko Rubio qatı ermənipərəst kimi tanınır. Ancaq firqəçilik, müxalifətçilik başqa, hökumətdə yüksək vəzifə tutmaq, dünyanın 1 nömrəli dövlətinin xarici siyasətinə, qlobal sülhə cavabdeh olmaq tamam ayrı şey. Hər halda məntiq pıçıldayır ki, Amerika maraqları bir ovuc erməninin, heç bir ciddi geosiyasi dəyər daşımayan, coğrafi-logistik və regional önəm kəsb eləməyən Ermənistanın maraqlarına qurban verilməyəcək...

Bölgənin iqtisadi, hərbi və siyasi cəhətcə ən böyük, ən etibarlı gücü, logistika baxımından ən əlverişli və açar dövləti məlum – Azərbaycan. Onu qoyub dalan Ermənistanla birgə regiona yönəlik hansısa böyük layihələr, planlar, “yol xəritəsi” reallaşdırmaq sadəcə, mümkünsüz. Həm də ağılsızlıq və mənasız vəsait-maliyyə itkisi.

Məgər bunu ABŞ-ın “beyin mərkəzləri” bilmir? Bilir. Söz düşmüşkən, az öncə Amerikanın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitiklərinin 2025 üçün hazırladığı hesabatda qeyd olunur ki, Tramp hökuməti Güney Qafqazda seçimi Ermənistanın deyil, Azərbaycanın xeyrinə edəcək...

Sonra. ABŞ-Ermənistan sənədində qarşılıqlı hərbi yardım haqda öhdəlik deyilən bir şey yox. Hansı ki, 2021-də Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa Bəyannaməsində birmənalı əksini tapıb. Üstəlik, bu sənədi Azərbaycan və Türkiyə parlamentləri ratifikasiya eləməklə onun hüquqi qüvvəsini bütün hakimiyyətlər üçün keçərli edib. Yəni Ərdoğan getsə də, Şuşa Bəyannaməsi növbəti iqtidarlar üçün qüvvədə olacaq, işləyəcək.

Bəs ratifikasiya olunmayan ABŞ-Ermənistan xartiyası? Analoji xartiya Gürcüstana münasibətdə (2009) işlədimi? Gürcülərə faydası oldumu?..

Bu mənada əcnəbi təhlilçilərdən birinin verdiyi şərhlə razılaşmamaq çətindir: zəif və balaca ölkə qüdrətli və böyük dövlətlə saziş imzalayırsa, uduşda ikinci olur. ABŞ-Ermənistan yazılı anlaşması da eynən. Bunu əslində Ermənistan üçün tələyə qoyulmuş yemə bənzətmək olar.

İnşallah, zamanla mənfur və xəbis qonşularımız da buna əmin olacaq. Bəs onda gec olmayacaq ki?..

Избранный
1
1
musavat.com

2Источники