"Azgranata" şirkəti barəsində inzibati iş başlanıb.
İşə 30 yanvar tarixində Ağsu Rayon Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.