RU

HƏMAS razılaşma çərçivəsində İsraillə bütün fikir ayrılıqlarını həll etdiyini açıqladı – ÖZƏL

HƏMAS hərəkatı bəyan edib ki, Qəzza sektorunda atəşkəs barədə İsraillə razılaşmaya dair bütün fikir ayrılıqları cümə günü, 17 yanvar səhəri həll olunub.

Olaylar.az xəbər verir ki, bu haqda HƏMAS-ın rəsmi Telegram kanalında yayımlanan bəyanatda bildirilib.

"Vasitəçilərin səyləri sayəsində İsrailin atəşkəs razılaşmasına əməl etməməsi nəticəsində yaranan bütün maneələr bu gün səhər aradan qaldırılıb," - deyə bəyanatda bildirilib.

Hərəkat qeyd edib ki, tezliklə İsrail hakimiyyətinin razılaşmanın ilk mərhələsində azad etməli olduğu fələstinli məhbusların siyahısını təqdim edəcək.

Xatırladaq ki, 15 yanvar çərşənbə günü İsrail və HƏMAS arasında atəşkəs barədə razılıq əldə olunub. İsrail ordusu Qəzza sektorundan girovların qəbuluna hazırlaşdığını bildirib, lakin onların nə vaxt gətiriləcəyi barədə məlumat verməyib. Razılaşmanın şərtləri 19 yanvar tarixində qüvvəyə minəcək və ilk mərhələ 42 gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники