RU

Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "BöyükQayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbimüayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlımaarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbiryanvarın 17-də baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Səhiyyə NazirliyiElmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədənartroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq vətibb bacıları tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçünsəyyar müayinələr keçirilib.

Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji,artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiyaistiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələrzamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbiməsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq,həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16,16- 65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərindiaqnostika və bərpası üzrə müayinələr aparılıb.

Aksiya iştirakçılarına İnstitutun fizioterapevt vəreabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib.Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedənxəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda,medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həmdə süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığınerkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdənkeçirilib.

Həmçinin, məktəb yaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtındüzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkilolunub. Kompüterdən uzun müddət istifadənin sağlamlığa təsiribarədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəbçantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığıdiqqətə çatdırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin vəmüayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Избранный
9
11
az.trend.az

10Источники