RU

Azərbaycan dövlət büdcəsinin kəsirini 37% azaldıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 37 164,2 milyon manat, büdcədən xaricolmalar isə 37 719,7 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5% və 3,5% çoxdur.

Son nəticədə ötən il büdcədə ümumi daxili məhsulun 0,4 %-i qədər və yaxud 555,5 milyon manat kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın büdcə gəlirləri və xərcləri ilə bağlı proqnozlar müvafiq olaraq 36 388 milyon manat və 39 742,3 milyon manat olmaqla təsdiq edilib. Beləliklə, ötən il büdcə gəlirləri 102,1%, büdcə xərcləri isə 94,9% icra olunub.

Избранный
3
4
turan.az

6Источники