RU

Britaniyada inanılmaz hadisə: Siqaret kötüyü 30 illik sirli cinayətin üstünü açdı, qatil həbs olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



1984-cü il sentyabrın 27-də Böyük Britaniyanın Qlazqo şəhərində qətlə yetirilən Meri Maklaflin adlı qadının mənzilindən aşkarlanan siqaret kötüyü 30 ildən sonra onun qatilinin tapılmasına kömək edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə BBC-nin dərc etdiyi yazıda bəhs edilir.
Bildirilir ki, bir çox oxşar hallar kimi, bu işdə də DNT testlərinin keçirilməsi mümkün olduqdan sonra irəliləyiş əldə edilib.
58 yaşlı qadın öz mənzilində boğulmuş və təcavüzə uğramış vəziyyətdə aşkarlanıb. Cəsədi qadının oğlu 5 gün sonra, xoşagəlməz qoxu artıq evi bürüdüyü zaman tapıb.
Uzun illər qətlin üstü açılmayıb, lakin aradan onilliklər keçməsinə baxmayaraq, qurbanın 11 uşağı axtarışların davam etməsində israr ediblər. Polis 30 ildən sonra indiyədək saxlanılan sübutları yenidən qaldırıb. Siqaret kötüyü DNT testinə göndərilib və nəhayət, cinayətkarın kimliyi müəyyən edilib.
Cinayətkar o zaman 22 yaşında olan Qrem Makqill adlı oğlandır. Lakin hüquq-mühafizə orqanlarını təəccübləndirən hal odur ki, Qremin o vaxt əsaslı alibisi olub. Belə ki, qətl günü o, ağır seksual cinayətlərə görə cəzasını çəkirmiş. Yəni qatil həbsxanada olub.
Polis arxivləri qaldırmaq məcburiyyətində qalıb və Makqillin o vaxt qüvvədə olan "Azadlığa öyrəşdirmə" proqramının iştirakçısı olduğu aşkarlanıb. Bu proqram çərçivəsində məhkumların həftəsonları evə getmələrinə icazə verilirdi.
İstintaq qrupu müəyyən edib ki, Makqill iki günlük həftəsonu məzuniyyətində olub, üstəlik, şərti azadlığa buraxılmasından əvvəl üç günlük məzuniyyət də götürüb və 27 sentyabr 1984-cü ildə həbsxanaya qayıdıb.
30 il əvvəl törədilən qətldə təqsirli bilinən kişiyə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Избранный
4
oxu.az

1Источники