Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
"Gürcüstan bizim üçün önəmli ölkədir. Neftimiz və qazımız Gürcüstan üzərindən Avropaya daşınır. Həmin xətlərdən onlar da faydalanırlar. Çətin dövrlərdə də Azərbaycan hər zaman Gürcüstana dayaq olub. Son illərdə orada oxuyan azərbaycanlı tələbələrə SOCAR təqaüd verir. Məktəblərin tikilməsidə, bağçaların açılmasıdə, yolların salınmasında Azərbaycan yaxından iştirak edir. Gürcüstanla iqtisadi bağlarımız çoxdur. Siyasi məsələlərdə də hər zaman razılaşırıq".
O bildirib ki, Azərbaycan Prezidenti keçən il Gürcüstana səfər etdi:
"Gürcüstan hakimiyyəti Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün Tiflisdə görüşməyi təklif etdi. Gürcüstanla münasibətlərimiz daim inkişaf edir. Orada yaşayan gürcü soyadı olan ermənilər müəyyən mənada münasibətlərə əngəl törətməyə çalışırlar. Ancaq buna nail ola bilmirlər. Çünki qədimdən gürcülərlə azərbaycanlılar bir-birinə dayaq olublar. Bundan sonrakı münasibətlərimiz ancaq yaxşılığa doğru gedəcək".
Əfsanə Kamal
Demokrat.az