RU

Yolda tapdığı kredit kartı ilə borcunu ödədi

Yanvarın 14-də İstanbulun Arnavutköy səmtində maraqlı hadisəsi baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə Orgün Eyüpoğlu Yunus Əmrə Məhəlləsində səkidə gedərkən cibindəki kredit kartı yerə düşüb. Sonradan Eyüpoğlu bazara gedib alış-veriş etmək istəyəndə kartının olmadığını anlayıb.

Eyüpoğlu mobil telefonuna baxaraq kartı ilə alış-veriş edildiyinə dair bildiriş görüb və sözügedən iş yerinə gedib.

Kartdan istifadə edən şübhəlini tapa bilməyən şəxs sözügedən iş yerində onun kredit kartı ilə borcun ödənildiyini öyrənincə şoka düşüb.

Избранный
11
bakuinfo.net

1Источники