RU

Rusiya və İran atom elektrik stansiyasının inşası üzrə danışıqları tamamlaya biləcək - Pezeşkian

Bakı.Trend:

Rusiya və İran atom elektrik stansiyasının inşası üzrədanışıqları tamamlaya biləcəklər.

Trend xəbərverir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiyalı həmkarıVladimir Putinlə keçirdiyi görüşdə bildirib.

“Atom elektrik stansiyasının inşası ilə bağlı razılaşmalar – çoxyaxşı xəbər oldu. Düşünürəm ki, bu gün tərəflər bu istiqamətdə əldəolunmuş razılaşmaları tamamlaya biləcəklər. Bizim həmkarlar,nazirlər və ekspertlər hələ ki, gündəmdə olan bütün məsələlərimüzakirə edirlər və mən əminəm ki, gün ərzində onlar bu məsələlərinnecə irəlilədiyi haqda ortaq məxrəcə gələcəklər”, - deyə iranlıprezident bildirib

Pezeşkian vurğulayıb ki, Moskva və Tehran arasında bu günimzalanacaq strateji saziş ikitərəfli münasibətlərin inkişafınaböyük təkan vermiş olacaq.

“Mən əminəm ki, iki ölkənin bütün sahələrini, o cümlədənmədəniyyət, iqtisadiyyat, həmçinin humanitar münasibətləri əhatəedən müqavilənin imzalanması ilə ikitərəfli münasibətlərininkişafına böyük təkan veriləcək və o irəliyə doğru hərəkətetməyimiz üçün möhkəm təmələ çevriləcək”, - deyə İran prezidentiəlavə edib.

Избранный
3
az.trend.az

1Источники