RU

Diallo het-trik etdiyi oyundan sonra nə danışdı?

İngiltərə Premyer Liqasının 21-ci turunda öz meydanında "Sauthempton"u 3:1 hesabı ilə məğlub edən "Mançester Yunayted"in hücumçusu Amad Diallo oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, het-trik edən forvardın sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Old Trafford"da ilk het-trikimi etdiyim üçün çox xoşbəxtəm. Kristian Eriksen və Brunu Fernandeş kimi futbolçular belə ötürmələr verəcək səviyyədə oyunçulardır. Qələbəyə görə xüsusilə xoşbəxtəm. "Mançester Yunayted" qələbəyə layiq idi və biz bu ruhda davam etməliyik. 

İlk yarıda o qədər də yaxşı deyildik, amma sonadək uğur qazana biləcəyimizə inanırdıq. Azarkeşlər bizi irəli səslədikcə təzyiqi artırırdıq. Rəqib qapısından keçirdiyim ikinci top mənim ən yaxşı qolum idi".  

Nihat

Избранный
2
fanat.az

1Источники