RU

Ermənistan məsələni səhv məcradan təqdim edir: Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz hesab edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. “Rossiya” telekanalının “Vesti nedeli” proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə, Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir. Zaxarova vurğulayıb ki, biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi... İkincisi isə, bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə... Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa-red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm. Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub. Qeyd edək ki, "Rossiya" telekanlının "Vesti nedeli" proqramında Zəngəzur dəhlizi ilə bağlı fikirlərin səsləndirilməsinə görə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb, ona İrəvanın etiraz notası təqdim edilib.

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanın Amerika Birləşmiş Ştatlarıyla strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasından sonra Ermənistanın antirusiya addımları atdığını görürük:

“Rusiyanın Ermənistandakı xarici işlər naziri Sergey Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağrılır və ona etiraz natosu bildirilir. Əsas səbəb isə “Rossiya” telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizi terminindən istifadə olunması göstərilmişdi. Buna qarşı  Zaxarovanın etirazı isə hər kəsə məlumdur. Burada şərnişinlər, yüklər və avtomobillərin maneəsiz hərəkəti ilə bağlı üçtərəfli bəyanatın 9-cu bəndində olan məsələlərin yenidən dilə gətirilməsi göstərir ki, Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd qoşunlarının Zəngəzur dəhlizi üzərində təhlükəsizlik təminatı verilməsi fikrini dəstəkləyir və mövqeyindən geri çəkilmir. Əsas məsələ ondan ibarətdir ki, burada eksteritorial statuslu hansısa bir bölgə anlayışı yoxdur. Ermənistan bunu səhv məcrada təqdim etməyə çalışır ki, Qərb partnyorları geosiyasi maraqları arxasınca düşsünlər. Ermənistan və ABŞ tərəfdaşlıq xartiyasi buna nümunədir. Qarşıdakı dövrdə Ermənistanın Kremlə qarşı daha əmin addımlar atdığını görə bilərik. Bu isə Rusiya və Ermənistan arasında gərgin münasibətləri özündə ehtiva edir. Nəticənin necə olmasında asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır”.
Избранный
2
1
sherg.az

10Источники