Bakı. Trend:
Prezident İlham Əliyevin dəniz nəqliyyatı sahəsindəmüəyyənləşdirdiyi siyasətə uyğun olaraq yeni gəmilərin tikintisi vədonanmaların tərkibinin müasir gəmilərlə genişləndirilməsiistiqamətində davamlı tədbirlər həyata keçirilir.
ASCO-dan Trend-ə bildirilib ki, bu sahədə görülən işlərölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında,Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranantələbatın ödənilməsində, bir bazardan asılılığın aradanqaldırılması məqsədilə xarici sularda fəaliyyətingenişləndirilməsində və dənizdə neft-qaz layihələrinin icrasındamühüm rol oynayır.
Donanmaların yenilənməsi strategiyası çərçivəsində icra olunantədbirlərin tərkib hissəsi olaraq təkcə 2013-cü ildən - ASCOyarandığı dövrdən bəri 35 müasir gəmi istismara verilib. Bunlardan5-i tanker, 1-i “Aframax” tipli tanker, 8-i universal quru yükgəmisi, 2-si “Handysize” tipli quru yük gəmisi, 2-si “RoPax” tipligəmi-bərə, 1-i təchizat-yedək, 7-si təchizat, 1-i liman-yedək, 3-üsərnişin, 5-i kiçik su tutumlu yedək gəmisidir.
Bu gəmilərdən 1-i liman yedək, 3-ü sərnişin, 2-si Ro-Pax tipligəmi-bərə, 4-ü tanker olmaqla, ümumilikdə 10-u Bakı GəmiqayırmaZavodunda inşa edilib. Həmçinin ASCO-nun Strateji İnkişafProqramına uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda daha 11 gəminin,o cümlədən 1 Ro-Pax tipli gəmi-bərə, 3 tanker, 50 nəfərlik 3sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdətutulmuş 4 dalğıc gəmisinin tikintisinə dair yeni sifarişləryerləşdirilib.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən,son dövrlərdə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərinistismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub.2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tiplitanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən4-ü ASCO və SOCAR tərəfindən yaradılan Birgə Müəssisə tərəfindənalınıb.
Aşağıda təqdim etdiyimiz videoda isə Prezident İlham Əliyevinbirbaşa iştirakı ilə 2003-cü ildən bəri istismara verilən müxtəliftəyinatlı gəmilər yer alıb.