RU

İrəvanın bu oyununu pozmalıyıq - Politoloq

Yazını böyüt
Yazını kiçilt

"Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O əvvəlcə parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib. İkinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalanır. Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdiyini açıqlaması olacaq".

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Ermənistan-ABŞ strateji əməkdaşlıq  sazişinin görünməyən tərəfləri barədə bildirib.

Politoloq qeyd edib ki,  İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Onun sözlərinə görə, Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq.

"İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və Avropa İttifaqı ilə dialoq kanallarını açıq tutmalıyıq".

Избранный
1
4
hafta.az

9Источники