AzVision.az xəbər verir ki, Quver İnstitutunun baş elmi işçisi Nil Ferqyusonun, Tafts Universitetinin beynəlxalq tarix professoru və Amerikanın Sahibkarlıq İnstitutunun qeyri-rezident baş əməkdaşı Kris Millerin “The Wall Street Journal (WJS)” qəzetində dərc olunan məqaləsində belə deyilir.
“ABŞ vergi ödəyiciləri üçün Avropanı daha az xərclə təmin etməyin açarı Avropa bank hesablarında ola bilər. Qərb Rusiyanın 300 milyard dollara yaxın valyuta aktivlərini dondurdu. Lakin Avropanın inadkarlığı bu vəsaitlərin Ukraynaya müharibədə dəymiş ziyanı kompensasiya etmək üçün istifadə olunmasına imkan vermədi. Yeni seçilmiş prezident Tramp Ukraynanın bərpasını və gələcək silah alışlarını maliyyələşdirmək üçün Kremlin ehtiyatlarını səfərbər etməkdə israrlı olamlıdır”,- müəlliflər vurğulayırlar.
Maerialda xatırladılır ki, Dünya Bankının məlumatına görə, Rusiya Ukraynaya 150 milyard dollardan çox birbaşa ziyan vurub və onu təxminən 500 milyard dollar iqtisadi itkiyə məruz qoyub. Bu baxımdan, Ukraynanın Qərb silahlarının davamlı alışı hesabına yenidən qurulması və hətta daha çox silahlanması üçün bu miqyasda xarici vəsaitə ehtiyacı olacaq.
Miller və Ferqyusonun fikrincə, problemin bəlli həlli yolu dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdir. Bununla belə, Avropanın müxalif mövqeyisəbəbindən Ukrayna üçün yalnız 50 milyard dollar açıldı, əsas aktivlər isə bağlı qaldı.
- Tramp administrasiyasının daha yaxşı bir razılaşma əldə etmək üçün unikal imkanları var. Putinin pullarının onun təcavüzünün qurbanlarına köçürülməsindən Atlantikanın hər iki tərəfi faydalanacaq. Bu nə qədər qədər tez olsa, bir o qədər yaxşıdır”,- ekspertlər vurğulayıblar.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта