Gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
İdman.biz xəbər verir ki, yığmamızın 2025-ci ildəki ilk hazırlığı Bakıda keçirilir.
Gənclərin hazırlığına baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizova rəhbərlik edir. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
İdman.biz