RU

Dünyanın ən çətin dilləri - Öyrənməyə illər lazımdır

Dünyanın ən çətin dilləri subyektivdir və şəxsi təcrübəyə əsaslanır. Lakin bir sıra dillər var ki, onlar qrammatik və orfoepik xüsusiyyətlərinə görə olduqca mürəkkəbdir.

Yenisabah.az ən çətin öyrənilən dilləri təqdim edir:

Çin dili (Mandarin) 

Bir yazı simvolunun belə çoxlu mənası ola bilər, tələffüzdə ton fərqləri böyük rol oynayır və qrammatika da mürəkkəbdir.

Ərəb dili 

Ərəb əlifbası sağdan sola yazılır və həmçinin, səsli hərflər, şəkilçilər və müxtəlif dialektlər də öyrənilməsini çətinləşdirir.

Yapon dili 

İki yazı sistemi (kanji və kana), qrammatikanın özəllikləri və zəngin honorifik dil sistemi çətinlik yaradır.

Fin dili 

Dilin qrammatik quruluşu çox fərqlidir, sayda isim halları və çətin şəkilçilər var.

Koreya dili 

Koreya əlifbası sadə olsa da, qrammatik strukturlar və cümlə quruluşları çətinlik yaradır.

İsland dili 

Qədim Norveç dilinin bir növüdür və qədim qrammatika və söz ehtiyatı öyrənilməsi çətin edir.

Xorvat dili

Qrammatikanın çox sayda qaydaları və halları, həmçinin mürəkkəb feil formaları bu dili çətinləşdirir.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
11
yenisabah.az

1Источники