RU

Paşinyan İrəvanın son addımlarını izah etdi...

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

 

Tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinin nəticələri, təşkilat çərçivəsində görüləcək işlər, həmçinin Ermənistan-Rusiya ikitərəfli gündəliyinə aid bir sıra məsələlərdən danışıblar.

 

Öz növbəsində, Kremlin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında İrəvanın Avropa İttifaqı ilə münasibətlər kontekstində son addımları ilə bağlı vəziyyəti izah edib. Rusiya lideri də öz növbəsində müvafiq şərh və qiymətlər verib.

 

Həmçinin, xüsusilə energetika sahəsində inteqrasiya əməkdaşlığı müzakirə olunub.

 

"Aİİ çərçivəsində birgə fəaliyyətin əməli faydası qeyd edilib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub", - məlumatda bildirilib.

Избранный
10
24
senzor.az

10Источники