RU

Neymarın aqibəti necə olacaq? - Adı iştirak ərizəsindən çıxarıldı

“Əl-Hilal”ın hücumçusu Neymarın Səudiyyə Ərəbistanı çempionatının ikinci hissəsi üçün heyətə salınmayacaq.

Publika.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Jorje Jesus bildirib. Onun sözlərinə görə, Neymar yalnız Asiya Çempionlar Liqasının oyunlarında iştirak edə biləcək.

O, dünya səviyyəli oyunçu olaraq qalır. Lakin fiziki olaraq artıq eyni səviyyəli oyun nümayiş etdirə bilmir”, - deyə portuqaliyalı mütəxəssis bildirib.

Neymarın klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Hücumçu 2023-cü ilin yayında “Əl-Hilal”a keçsə də, oktyabrda Braziliya millisinin Uruqvaya qarşı oyununda ciddi zədə alıb. Ona çarpaz bağın və meniskinin yırtılması diaqnozu qoyulub. Bir illik fasilədən sonra 2024-cü ilin oktyabrında "Əl Ayn"la (5:4) oyunda meydana qayıdıb. Tezliklə Neymar yenidən sağ ayağında narahatlıq hiss edib və bir neçə matçı buraxıb.

Избранный
3
publika.az

1Источники