RU

Suriyadan Türkiyəyə qarşı addım - Nazirlikdən açıqlama

Suriyanın yeni hakimiyyət orqanları türk mallarına tətbiq edilən vergiləri 300-500% artırıb.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bu qərar sərhəddə uzun növbələrin yaranmasına səbəb olub.

İxracla məşğul olan şirkətlərin iqtisadiyyatın bir çox sahələrində böyük çətinliklərlə üzləşdiyi qeyd edilir. Bu, ölkələr arasında ticarəti faktiki olaraq dayandırdı.

Problemin artıq siyasi gündəmə gətirildiyi vurğulanır.

Türkiyə Ticarət Nazirliyi Suriyanın Türkiyə mallarına rüsumları artırmaq qərarına münasibət bildirib.

“Yanvarın 11-dən Suriyanın yeni hökuməti ölkənin bütün gömrük xidmətlərində vahid vergi sisteminə keçib. Bu sistem Suriyanın bütün sərhəd-keçid məntəqələrində və gömrük məntəqələrində bərabər şəkildə tətbiq edilir”, - Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Tərəflərin ticarət, gömrük və xarici siyasət sahələrində danışıqlar apardıqları və aparacaqları vurğulanır.

Bundan əlavə, ölkələr arasında yeni, bu dəfə daha əhatəli, azad ticarət sazişinin həyata keçirilməsinə hazır olduqları bildirilib.

Избранный
4
1
olke.az

2Источники