“Mançester Siti” klubu ilə müqavilə müddətini artıran Erlinq Holann İngiltərə Premyer Liqası tarixində ən çox maaş alan futbolçu olacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Sözləşməsini 2034-cü ilin yayınadək uzadan 24 yaşlı hücumçu həftədə 500.000 funt-sterlinq qazanacaq.
Qeyd edək ki, 2022-ci ildən “şəhərlilər”in formasını geyinən Erlinq Holann iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.