“Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Gürcüstanın Baş naziri ilə görüşün nəticələrinə dair çıxışında çox mühüm məqamlara toxundu. O, Gürcüstanın regiondakı rolunun əhəmiyyətini vurğuladı”.
Teleqraf.com xəbər verir ki, bunu gürcü ekspert Amiran Salukvadze “İmedi” telekanalında yayımlanan “Gündəlik xronika” verilişində deyib.
Onun sözlərinə görə, Gürcüstanın yeni seçilmiş Baş nazirinin ilk olaraq Azərbaycana, Bakıya səfəri ənənəvi haldır.
“Regional təhlükəsizlik və sülhlə bağlı Bakıda verilən bəyanatlar dünyada mövcud vəziyyət fonunda mühüm əhəmiyyət kəsb edir”, - analitik qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında deyib ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə uğurla inkişaf edir. O, siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini vurğulayıb.