Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus "Hall Siti" "Qalatasaray"ın sabiq futbolçusu Nordin Amrabatı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə təmsilçisinin mətbuat xidməti yayıb.
Yunanıstan AEK-indən ayrılan hücumçu cari mövsümün sonunadək "pələnglər"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, 37 yaşlı mərakeşli forvard bu mövsüm AEK-in heyətində 9 matça çıxaraq 2 qolla yadda qalıb.