RU

Bayden administrasiyası Blinkenin simasında iflasa uğrayan xarici siyasət kursunu son anadək davam etdirir – ŞƏRH

Bakı. Trend:

ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsində“Dağlıq Qarabağ" ifadəsinin işlənməsi beynəlxalq hüququnümumtanınmış prinsiplərinə zidd olmaqla yanaşı, həm də ABŞ-ninözünün milli maraqlarına ciddi zərbədir. Görünən odur ki, Baydenadministrasiyası, daha doğrusu, Soros iqtidarı Antoni Blinkeninsimasında iflasa uğrayan xarici siyasət kursunu son anadək israrladavam etdirmək niyyətindədir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı BəhruzMəhərrəmov deyib.

Millət vəkili bildirib ki, ötən 4 il ərzində bu kurs CənubiQafqazda ABŞ-nin mövqelərini köklü şəkildə zəiflədib, Vaşinqtonuişğal, təcavüz və çoxsaylı cinayətlərdə ehtiva olunan status-kvonuntərəfdarı kimi tanıdıb:

“Üstəlik, Blinken və komandası heç bir yolla və formada müdafiəetdiyi mövqeyini realizə edə bilməmiş, əksinə məhz Blinkeninrəhbərliyi dövründə Amerika xarici siyasət idarəsi Azərbaycan vəErmənistan arasında normallaşma prosesi başda olmaqla, CənubiQafqazda bir sıra fəaliyyətlərdən kənarda qalıb. Bu isə birmənalışəkildə elə Bayden administrasiyasının özünün səhvidir.

Belə ki, əgər əvvəllər Amerika hakimiyyətləri ayrı-ayrıdövlətlərə münasibətdə çatdırmaq istədikləri tezisləri media, yaxuddövlətin nəzarətində olan qeyri-hökumət təşkilatları vasitəsilə,xüsusi hallarda isə konqresmenlər və senatorlar tərəfindən diləgətirilməklə ifadə edirdilərsə, son 4 ildə ABŞ-nin DövlətDepartamenti və şəxsən dövlət katibi və müavinləri başda olmaqla,ayrı-ayrı diplomatlar Vyana Konvensiyası, o cümlədən beynəlxalqhüququn ümumtanınmış norma və prinsiplərinə zidd, diplomatiketikaya heç bir formada uyğun olmayan davranışlar nümayişetdiriblər”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Blinken və komandası ABŞ vəErmənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin mətnində“Dağlıq Qarabağ” ifadəsinə yer verməklə regionda hansısa əsaslıdəyişikliklərə, yaxud ABŞ-nin Cənubi Qafqazdakı itirilmişmövqelərinin bərpasına nail olmayacaq.

“Əksinə bu kimi ifadələr ABŞ-nin bölgədə mövqelərini köklüşəkildə sarsıtmaqda davam edərək Baydendən sonra hakimiyyəti təhvilalacaq Tramp administrasiyası üçün mürəkkəb və həlli çoxsaylısəylər tələb edən situasiya miras buraxmış olur. Bu mənada,əminliklə demək olar ki, Bayden administrasiyası və xüsusənBlinkenin rəhbərlik etdiyi ABŞ xarici siyasət kursu ABŞ-nindövlətçilik tarixinin bu ölkənin milli maraqları ilə uzlaşmayan,beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapanprisiplərə daban-dabana zidd olan və Vaşinqtonun qlobal mövqeyinəən böyük zərbəni vuran status-kvonun səbəbkarı kimi yadda qalacaq”,- deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev isəTrend-əaçıqlamasında hakimiyyətdən getməyə bir neçə gün vaxtı qalan Baydenadministrasiyasının Ermənistanla təxribat xarakterli stratejitərəfdaşlıq sazişi imzalamasını şərh edib:

“Bu ilk növbədə Bayden və onun komandasının anti-Azərbaycan vəAzərbaycanafob siyasətinin göstəricisidir. Eyni zamanda Tramp üçünçox ciddi zərbə və problem qoyub getmək cəhdidir. Məlum məsələdirki, bu Tramp administrasiyası üçün basdırılan minadır. Çünki Trampproqmatik bir siyasətçi olaraq hakimiyyətə gələn kimi Baydendənmiras qalmış problemli məsələlərin həlli istiqamətində fəaliyyətaparacağını deyib, ABŞ-nin xarici siyasətinin katastrofik səviyyəyəçatdırılmasında Baydeni ittiham edib”.

Millət vəkili xatırladıb ki, Tramp Ukraynadakı müharibədənbaşlayaraq dünyadakı ABŞ xarici siyasətinin fiaskoya uğramasınınəsas səbəbkarı kimi Baydeni göstərib:

“Hazırda isə şahidi oluruq ki, Bayden məhz Cənubi Qafqazüzərindən də xaos yaratmaq cəhdindən əl çəkməyib. Bunu beynəlxalqSoros şəbəkəsinin açıq cəmiyyət tərəfdarlarının fiaskosu və sonaqoniyası hesab edirəm. Ermənistanla saziş imzalamaqla Bayden birneçə gün ərzində Cənubi Qafqazda nəyisə dəyişməyə çalışırsa, buonun infantil, naşı siyasətçi və prezident olduğunun göstəricidir.Baxmayaraq ki, dünyanın hegemon ölkəsinə rəhbərlik edir, heç birresursu, dəyəri olmayan Ermənistan üzərindən Azərbaycana, onunmüttəfiqlərinə, Cənubi Qafqaza qarşı oyun qurmaq yalnız uzağıgörməyən siyasətçilərə xasdır”.

Tural Gəncəliyev bildirib ki, praqmatik düşüncəyə sahib olanTramp gündəmdəki bütün məsələlərə yenidən baxacaq.

“Azərbaycan-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasının əsassəbəbkarı da Baydendir. Tramp məhz bu kontekstdən çıxış edərəkBaydenin bütün xarici siyasətini yenidən nəzərdən keçirəcək.Demokratlar Partiyasıın səhvlərinin düzəldilməsi, onlarınbağladıqları müqavilənin ləğv edilməsi baxımından Trampı ABŞprezidentlərinin rekordçusu hesab edirəm. Tramp birincikadensiyasında o vaxtkı Obama administrasiyasının xarici siyasətləbağlı əksər müqavilələrini ləğv etmişdi və onları kənaratullamışdı. Hesab edirəm ki, Ermənistanla bağlanmış “stratejitərəfdaşlıq” sazişini də eyni aqibət gözləyir.

Obama administrasiyası İranla nüvə sazişi imzalamışdı, ətrafmühitlə bağlı Paris Sazişinə qoşulmuşdu, bundan əlavə “Açıq Səmahaqqında” Saziş bağlamışdı. Tramp hakimiyyətə gələn kimi həminrazılaşmaları ləğv etmişdi. Tramp münaqişəli və problemli məsələlərolan yerlərə müdaxilə etmək siyasəti yürütmür. O daha çox anti-Çin,Sakit Okean və Qrenlandiya üzərindən Arktikada siyasət qurmaq,Panama kanalı üzərində ABŞ suverenliyinin bərpası istiqamətindəfəaliyyət göstərəcək, Ermənistan üzərindən oyun qurmayacaq,Baydenin basdırdığı "mina”ya, tələyə düşməyəcək”, - deyə deputatqeyd edib.

Избранный
5
az.trend.az

1Источники