RU

"Beşiktaş"da yeni müqavilə

Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mert Günok ilə müqaviləni yeniləyib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 35 yaşlı qolkiperin sözləşməsinin müddətini 2028-ci ilin yayınadək uzadıb.

Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yayından  “Beşiktaş”da çıxış edir. O "qara qartallar"ın heyətində bu mövsüm bütün turnirlər daxil olmaqla 24 matçda iştirak edib, 30 qol buraxıb və səkkiz dəfə qapısını toxonulmaz saxlayıb. 

Избранный
13
90deqiqe.az

1Источники