RU

Donald Tramp andiçmə mərasiminin yerini dəyişdi

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtondakı soyuqhava şəraiti səbəbindən andiçmə mərasiminin keçirilmə yerinidəyişib.

Trend xəbər verirki, yanvarın 20-də nəzərdə tutulan andiçmə nitqi və mərasimi açıqməkandan Kapitol Rotundasına keçirilib.

“Bu təhlükəli şəraitdə heç kimin xəsarət almasını istəmirəm. Bu,xüsusilə bizim böyük televiziya tamaşaçılarımız üçün gözəl vətəhlükəsiz bir hadisə olacaq!” – deyə Tramp Truth sosialşəbəkəsində qeyd edib.

Proqnozlara əsasən, yanvarın 20-də Vaşinqtonda temperaturun -12dərəcəyə qədər enməsi gözlənilir.

Açılış mərasiminin bir hissəsi, o cümlədən parad, Capital OneArenadan canlı yayımlanacaq. Tramp andiçmədən sonra arenadakıinsanlara qoşulacağına söz verib. Yanvarın 19-da keçiriləcək mitinqvə 20 yanvarda baş tutacaq üç bal mərasimi isə planlaşdırıldığıkimi davam edəcək.

Избранный
19
3
az.trend.az

10Источники