RU

Bu bankın müştərilərindən hər ay bu qədər pul tutulacaq

"Kapitalbank" 17 fevral tarixindən etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.

Turkustan.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə məlumat bankın müştərilərə göndərdiyi mesajda qeyd olunub.

Məlumatda yeni tarifə əsasən, SMS bildirişlərinin aylıq xidmət haqqı hər kart üçün 3 manat olaraq müəyyən edilib. Əvvəlki qiymət isə 2 manat idi.

Xatırladaq ki, müştərilər bu xidmətə abunə olduqda, SMS bildirişlərini istədikləri vaxt bankın mobil tətbiqi vasitəsilə deaktiv edə bilərlər./axar.az/

Избранный
10
3
turkustan.az

5Источники