RU

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər

Bakı. Trend:

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri,Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən DemokratlarPartiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatınıtəmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlıbəyanatlarla çıxış ediblər.

Trend-inməlumatına görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqresüzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan"Qara Yanvar" gecəsində təxminən iyirmi altı min sovet qoşunununpaytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini,yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dincetirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isəitkin düşdüyünü bildirib.

Daha sonra Konqres üzvü 20 Yanvar şəhidlərinin ailələrinəbaşsağlığı verib.

Bununla yanaşı, ABŞ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilkölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatikəlaqələrin qurulduğu qeyd olunub.

S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrikimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarınıqurban verənləri tanımağa çağırış edib.

Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvüR.Aderholt dost və tərəfdaş olan Azərbaycanda "Qara Yanvar"ın 35-ciildönümünün anıldığını bildirib.

Konqres üzvü bu dövrün Azərbaycanda sovet hakimiyyətinin sonununbaşlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu, lakinkommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa canatdığını qeyd edib. 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtıBakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlınümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması iləzorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının1991-ci il oktyabr 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dincetirazlarını davam etdirdiyini vurğulayıb.

Bəyanatda R.Aderholt həmkarlarından Azərbaycanda "Qara Yanvar"hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarındankeçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarınıxahiş edib. Həmçinin o, ABŞ-nin Azərbaycan xalqını və onun azadyaşamaq hüququnu dəstəkləməyə davam etdiyini qeyd edib.

Избранный
3
12
az.trend.az

10Источники