RU

Hökumə Əliyevanın ailəsinin 80 min manatının oğurlanması ilə bağlı DİN-dən AÇIQLAMA



Daxili İşlər Nazirliyi (DİN) Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin başına gələn dələduzluq hadisəsinə reaksiya verib.

Qurumun Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

10:21
AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəman deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.



Избранный
21
45
aia.az

10Источники