RU

XİN başçısı Şoltsdan üz çevirdi – Ukraynaya yardımı kəsdiyi üçün + FOTO

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Ukraynaya yeni yardım paketini əngəlləmək qərarına görə kansler Olaf Şoltsla şəkil çəkdirməkdən imtina edərək hökumət iclasını tərk edib.

7Times.az  xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat və foto paylaşıb.

Məlumatda Şoltsun XİN başçısının otaqdan çıxmasına mane olmağa çalışdığını, lakin buna nail ola bilmədiyini göstərən foto yer alıb.

 

 

Bundan öncə Berbok və Almaniyanın Müdafiə naziri Boris Pistorius 2024-cü ilin noyabrında hakim koalisiyanın dağılmasından sonra Kiyevə 3 milyard avroluq hərbi yardımın yeni tranşı üzərində işləməyə başlayıblar. Lakin Şolts buna mane olaraq, yardımı əngəlləyib.

Daha sonra Berbok Şoltsu nəzərdə tutaraq deyib ki, Almaniyada bəzi siyasətçilər üçün “ümumi seçkilərdə bir neçə səsi necə tez qazanmaq olar” sualı Avropada sülhün təmin edilməsi məsuliyyətindən daha vacibdir.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ən böyük hərbi yardım edən ikinci ölkədir.

“AzPolitika.info”

Избранный
23
7times.az

1Источники