“COP29-da iştiraka, Azərbaycana dəstəyə görə qardaşıma təşəkkürümü bildirdim”.
News24.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Azərbaycanın ötən ay D8-ə üzv qəbulu prosesində Türkiyənin davamlı dəstəyi olub: “Buna görə də qardaşım Hakan Fidana təşəkkürümü bildirdim”.