İmişlidə iki məktəblinin ölümü ilə bağlı cinayət işi açıldı -
İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sözgedən hadisə barədə İmişli Rayon Prokurorluğuna məlumat daxil olub.Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.